...

Göyçay sakini qonşusunu güllələyib

Hadisə Materials 27 Dekabr 2021 12:52 (UTC +04:00)
Göyçay sakini qonşusunu güllələyib

Bakı. Samir Əli - Trend:

Göyçayda güllələnmə hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə rayonun Çarxanlı kəndində baş verib. Göyçay Rayon Polis Şöbəsinə dekabrın 25-də saat 1 radələrində Çarxanlı kəndi ərazisində kənd sakini T.Qasımovun atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən həmkəndlisi R.Qasımovun xəsarət alması barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçirilib, hadisə yerindən müvafiq sənədləri olan “TOZ-53” markalı ov tüfəngi götürülüb.

R.Qasımov xəstəxanaya yerləşdirilib.

Araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti