...

Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

Hadisə Materials 1 Fevral 2022 10:47 (UTC +04:00)
Saatlıda qanunsuz ov edən şəxs saxlanılıb

Bakı. Trend:

Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, rayonun Hacıqasımlı kənd ərazisində müvafiq icazəsi olmadan ov edən bir nəfər rayon sakini saxlanılıb. Ondan bir ədəd “Toz-63» markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl ördəkləri aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti