...

Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO/VİDEO)

Hadisə Materials 3 Fevral 2022 08:16 (UTC +04:00)
Gəncədə quldurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb (FOTO/VİDEO)

Bakı. Trend:

Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz rayon Polis İdarəsinin əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadəyanvar ayının 31-də tələbələrin yaşadığı mənizlə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib

Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti