Bakı. Trend:
Gəncə şəhərinin Nizami rayonunda 3600 m² ümumi sahədən ibarət (hər mərtəbəsi 1200 m²) üçmərtəbəli inzibati binanın üçüncü mərtəbəsində ümumi sahəsi 30 m² olan otaqda 3 ədəd kompüter, 3 ədəd masa, 2 ədəd rəf və 1 ədəd seyf 15 m² sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, otağın qalan hissəsi və bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
XXX
21:45
Gəncə şəhərinin Nizami rayonunda inzibati binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bu barədə Trend FHN-ə istinadən xəbər verir.
XXX
21:26
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Gəncə şəhərinin Nizami rayonunda inzibati binada yanğın olması barədə məlumat daxil olub.
FHN-dən Trend-ə verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Gəncə Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.