...

Ötən gün ölkədə 76 yanğın olub

Hadisə Materials 14 Fevral 2022 11:58 (UTC +04:00)
Ötən gün ölkədə 76 yanğın olub

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 76 yanğına çıxış və 1 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi təmin edilib.

Ötən sutka ərzində Bakı şəhərinin Nizami rayonunda 1932-ci il təvəllüdlü Mənsurova Soltan Muxtar qızının meyiti bağlı qapı arxasında aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti