...

Şəki sakini güllələnərək öldürüldü

Hadisə Materials 19 Fevral 2022 11:08 (UTC +04:00)
Şəki sakini güllələnərək öldürüldü

Bakı. Samir Əli - Trend:

Şəkidə güllələnmə hadisəsi baş verib.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Şəki rayonu Baş Küngüt kənd sakinləri 1986-cı il təvəllüdlü Pərvin İsmayılov və 1992-ci il təvəllüdlü Nurlan Mustafayevlə yaşadıqları kənddə yerləşən dağlıq-meşəlik ərazidə təklüləli ov tüfəngi ilə ov edən zaman P.İsmayılov ehtiyatsızlıqdan N. Mustafayevi güllələyərək öldürüb.

Faktla bağlı Şəki rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti