Bakı. Trend:
Gəncə şəhərinin Kəpəz rayonunda ümumi sahəsi 90 m² olan birmərtəbəli evin yanar konstruksiyaları və bitişik ümumi sahəsi 180 m² olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 5 m² sahədə yanıb, yüksək temperaturdan tavan 5 m² sahədə qarsalanıb.
Fövqəladə Hallar nazirliyindən Trend-ə verilən məlumata görə, evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.