Bakı. Samir Əli - Trend:
Bakıda güllələnmə hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə fevralın 21-də saat 18 radələrində İ.Cavadovun güllə yarası ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən
müvafiq tədbirlər görülüb.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri
nəticəsində bu əməli törətməkdə şübhəli bilinən T.Məmmədov
tutularaq istintaqa təhvil verilmişdir. Ondan “Escort” markalı ov
tüfəngi götürülüb.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 29.120-ci maddəsi (adam öldürməyə cəhd) ilə cinayət işi başlanmışdır.