...

Salyanda itkin düşdüyü bildirilən şəxs həbs edilib

Hadisə Materials 22 Fevral 2022 17:36 (UTC +04:00)
Salyanda itkin düşdüyü bildirilən şəxs həbs edilib

Bakı. Samir Əli - Trend:

Salyanda itkin düşdüyü bildirilən şəxs həbs edilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan Regional Qrupunun baş inspektoru Nizam Həmidov bildirib.

O qeyd edib ki, Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

"Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb. Həmin şəxs barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib", - qurum rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı məlumatlar yayılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti