...

İmşili sakinini güllələyən şəxs saxlanıldı - RƏSMİ

Hadisə Materials 23 Fevral 2022 14:38 (UTC +04:00)
İmşili sakinini güllələyən şəxs saxlanıldı - RƏSMİ

Bakı. Samir Əli - Trend:

İmişli sakinini güllələyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, rayon Polis Şöbəsinə fevralın 22-də Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini X.İbrahimovun münaqişə zəminində tüfəngdən açdığı atəşlə Buludlu kənd sakini N.Xankişiyevin ayaq nahiyəsinə xəsarət yetirməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.İbrahimov saxlanılmışdır. Ondan müvafiq sənədləri olan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Xatırladaq ki, hadisəni törədən şəxs İmişli rayonunun Bəhrəmtəpə qəsəbə bələdiyyəsinin sədrinin qardaşıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti