...

Vətəndaşlardan işə düzəltmək adı ilə pul alan “Azəriqaz”ın keçmiş əməkdaşına cinayət işi açılıb

Hadisə Materials 17 Mart 2022 12:58 (UTC +04:00)
Vətəndaşlardan işə düzəltmək adı ilə pul alan “Azəriqaz”ın keçmiş əməkdaşına cinayət işi açılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qazax rayon sakinlərinin işə düzəltmək adı ilə onlardan pul vəsaitlərinin alınması barədə müraciətləri əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Qazax rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla “Azəriqaz” İB-nin Şəmkir Regional Qaz İstismar İdarəsinin Qazax Xidmət Sahəsinin sabiq operatoru Bəxtiyar Mehdiyevin iki nəfəri “Təmiz Qaz” QSC-nin Şəmkir Regional Mərkəzinin Qazax bölməsinə işə düzəltmək adı ilə ümumilikdə 5 min 500 manat məbləğində pul alaraq təkrar dələduzluq etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2 və 32.4, 312.1-ci maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti