...

İsmayıllıda fərdi ev yanıb

Hadisə Materials 28 Mart 2022 01:22 (UTC +04:00)
İsmayıllıda fərdi ev yanıb

Bakı. Trend:

İsmayıllı rayonunun Hacıhətəmli kəndində birmərtəbəli ev yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti