...

Xızı sakini avtomatla saxlanılıb (FOTO)

Hadisə Materials 1 Aprel 2022 11:50 (UTC +04:00)
Xızı sakini avtomatla saxlanılıb (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Xızı rayon sakinindən avtomat və ona aid sursat aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər.

Keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində rayon sakini Heybət Heybətovdan “Kalaşnikov” markalı avtomat silahı, 2 ədəd patron darağı və 27 ədəd patron götürülüb.

Həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə H.Heybətov barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti