...

Sabirabadda “KamAZ” və "BMW" toqquşub, xəsarət alan var

Hadisə Materials 23 Aprel 2022 08:25 (UTC +04:00)
Sabirabadda “KamAZ” və "BMW" toqquşub, xəsarət alan var

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonunun Qalağayın kəndində “KamAZ” markalı yük avtomobili və "BMW" markalı minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Nazirlikdən Trend-ə bildirilib ki, hadisə yerinə cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti