...

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb

Hadisə Materials 19 May 2022 11:32 (UTC +04:00)
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) mayın 17-də qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatları açıqlayıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 58 cinayətin üstü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 13 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 85 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 70 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 37, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 56 nəfər saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti