...

Meksikada "Aqata" qasırğası 9 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub

Hadisə Materials 2 İyun 2022 08:52 (UTC +04:00)
Meksikada "Aqata" qasırğası 9 nəfərin ölümünə, 4 nəfərin itkin düşməsinə səbəb olub

Bakı. Trend:

"Aqata" qasırğası Meksikada 9 nəfərin həyatına son qoyub.

Trend "Reuters" agentliyinə istinadla xəbər verir ki, daha əvvəl Meksikanın Oaxaka ştatının qubernatoru Alexandro Murat çərşənbə günü səhər ilkin məlumatları səsləndirərkən, təbii fəlakət nəticəsində 11 nəfərin öldüyünü, 33 nəfərin isə itkin düşdüyünü bildirmişdir.

Artıq Oaxaka ştatının ucqar əyalətləri ilə əlaqə bərpa edildikdən sonra itkin düşənlərin əksəriyyəti tapılıb. Buna baxmayaraq, dörd nəfər hələ də itkin düşmüş hesab olunur.

"Aqata" qasırğası Meksikanın cənub sahillərini bazar ertəsi çatdığı zaman Puerto Anxel şəhərciyində küləyin sürəti saatda 105 mil (saatda 169 km) çatıb. Siklon materikin dərinliyinə doğru hərəkət etdikcə onun gücü zəifləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti