...

Xəzərdə batan 12 yaşlı oğlanın meyiti tapılıb

Hadisə Materials 5 İyun 2022 20:55 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfər batıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Damədov Mirfərhad Nəcəfqulu oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti