...

Qoca Səmədovun cəzası azaldıldı

Hadisə Materials 8 İyun 2022 13:07 (UTC +04:00)
Qoca Səmədovun cəzası azaldıldı

Bakı. Trend:

Ali Məhkəmədə Yevlax rayon icra hakimiyyətinin həbsdə olan sabiq başçısı Qoca Səmədov barəsində olan apellyasiya məhkəməsinin qərarından verilmiş kassasiya şikayətinə baxılıb.

Trend-in məlumatına görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, sabiq icra başçısına Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi ilə verilmiş ittiham ləğv olunub. Bununla bağlı Qoca Səmədovun cəzası 3 ay azaldıraraq 5 il 9 aya endirilib.

Xatırladaq ki, Qoca Səmədov 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən xüsusi əməliyyatla saxlanılıb.

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay azadlıqdan məhrum edilib.

Sonradan Şəki Apellyasiya Məhkəməsi sabiq icra başçısının səhhətini nəzərə alaraq həbs müddətini 6 ilə endirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti