...

Qubadlıda 2 tondan artıq yabanı çətənə kolu məhv edilib (VİDEO)

Hadisə Materials 20 İyun 2022 10:52 (UTC +04:00)
Qubadlıda 2 tondan artıq yabanı çətənə kolu məhv edilib (VİDEO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Qubadlı Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizlik Xidmətinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əmakdaşlarının birgə keçirdikləri profilaktiki tədbirlər nəticəsində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, tədbir zamanı rayonun işğaldan azad edilmiş Bəxtiyarlı kəndinin ərazisində yabanı halda bitmiş çəkisi 2 tondan artıq olan 7856 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti