...

Professora qarşı 2 milyon manat dələduzluqda təqsirləndirilən şəxsin cəzası azaldıldı

Hadisə Materials 22 İyun 2022 10:56 (UTC +04:00)
Professora qarşı 2 milyon manat dələduzluqda təqsirləndirilən şəxsin cəzası azaldıldı
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktor müavini, professor Soltan Əliyevə qarşı dələduzluqda ittiham olunan Səadət Xəlilov barəsindəki hökmdən verilmiş şikayətə baxılıb.

Trend-in məlumatına görə, prosesdə qərasr qəbul edilib.

Qərara əsasən S.Xəlilovun həbs müddəti1 il azaldaraq 8 ilə endirilib.

Hökm qalan hissələrdə qüvvədə saxlanılıb.

İttihama əsasən, Səadət Xəlilov, Qulu Muxtarov və Sahil Abuşov Soltan Əliyevin 2 milyon manatını ələ keçirib. S. həbsdə olsa da, digər iki təqsirləndirilən məhkəmə dövründə azadlıqda olublar. Onlar haqqında axtarış elan edilib. Qulu Muxtarov və Sahil Abuşovun işi S.Xəlilovun işindən ayrılıb. S. Xəlilov tək mühakimə olunub.

S.Xəlilov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Səadət Xəlilov verilmiş ittihamlarla təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti