...

Əli Əliyev 1 il azadlıqdan məhrum edildi

Hadisə Materials 23 İyun 2022 12:07 (UTC +04:00)
Əli Əliyev 1 il azadlıqdan məhrum edildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Yasamal Rayon Məhkəməsində Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyev barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə hökm oxunub.

Trend-in məlumatına görə, hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Ə. Əliyevin əvvəlki cəzası birləşdirilərək 1 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Ə.Əliyev barəsində Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin Sabiq sədri Ramiz Göyüşov tərəfindən xüsusi ittiham qaydasında şikayət verilib.

VİP sədri Əli Əliyev həmçinin 2021-ci il noyabrın 30-da qəzaya uğrayan DSX-yə məxsus "Mi-17" tipli helikopterdə sağ qalan polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovun xüsusi ittiham qaydasında şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə (böhtan) uyğun olaraq 5 ay müddətinə azadlıqdan məhrum olunub. Daha sonra R.Ədilovun şikayəti əsasında Yasamal Rayon Məhkəməsinin qərarına görə, Ə.Əliyevə 5 ay həbs cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində əvvəlki cəza müddəti ilə hazırkı cəza qismən toplanaraq ümumilikdə 6 ay azadlıqdan məhrum etmə cəzası seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti