...

Qəbələdə 35 yaşlı qadın itkin düşüb

Hadisə Materials 1 İyul 2022 11:36 (UTC +04:00)
Qəbələdə 35 yaşlı qadın itkin düşüb

Bakı. Trend:

Qəbələ şəhər sakini, 1987-ci il təvəllüdlü Səidə Abdullayeva aprelin 23-də kirayədə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, itkin düşən şəxsin boyu 155 sm, orta bədən quruluşlu,gözlərinin rəngi şabalıdı, saçları isə sarımtıldır.

Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Qəbələ Rayon Polis Şöbəsinin (024)205-18-28 şəhər və 051-985-02-02 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti