Bakı. Trend:
Güclü yağıntı və fırtınalı külək Yeni Zelandiyanın Cənub adasında nəqliyyatın hərəkətini məhdudlaşdırıb. Əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla orta məktəb bağlanıb.
Trend-in məlumatına görə, bu barədə "Stuff" xəbər portalı bildirib.
Məlumata əsasən, Cənub adasının çox hissəsinə güclü qar yağıb. Şimal adasının bir sıra ərazilərində güclü yağış və fırtınalı külək səbəbindən ekstremal hava şəraiti proqnozlaşdırılır.
Ölkənin meteoroloji xidmətinin məlumatına görə, bəzi ərazilərdə qar örtüyünün qalınlığı 30 sm-i keçib: "Cənubi adada qar yağacağı və sürüşmə xəbərdarlığı qüvvədədir".