...

Tovuzda avtomobil təmiri sexi yanıb

Hadisə Materials 16 İyul 2022 01:08 (UTC +04:00)

Bakı. Trend:

Tovuz şəhərində ümumi sahəsi 200 m² olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 110 m² sahədə, içərisində təmirə dayanan “Ford” markalı yük və “Renault” markalı minik avtomobillərinin yanar hissələri yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti