Bakı. Trend,:
Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda tanışını öldürməkdə təqsirləndirilən Asim Nəcəfovun cinayət işi üzrə məhkənə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, Asim Nəcəfov 16 il azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, A.Nəcəfov tanışı 32 yaşlı Şahmar Balayevi şəxsi münasibətlər zəmnində bıçaqlayaraq qətlə yetirib.
A.Nəcəfova qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə cəhd, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi illə ittiham irəli sürülüb.