...

Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Hadisə Materials 30 İyul 2022 11:27 (UTC +04:00)
Qusarda silsilə oğurluqlar edən şəxs saxlanılıb

Bakı. Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakini Şahin Əfəndiyev saxlanılıb.

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 1300 manatdan çox pul, 46000 rus rublu və ümumi dəyəri 10000 manatdan çox olan qızıl-zinət əşyalarını gizli talamaqla zərər vurduğu müəyyən edilib.

Faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Ş.Əfəndiyevin barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti