...

Dənizdə batan daha bir nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 13 Avqust 2022 00:49 (UTC +04:00)
Dənizdə batan daha bir nəfərin meyiti tapılıb (ƏLAVƏ OLUNUB)

Bakı. Trend:

Dənizdə ("Niyazoba" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 1 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində batan şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

22:02

Dənizdə ("Novxanı" sularda xilasetmə məntəqəsindən kənarda, nəzarətsiz ərazidə) batan 2 nəfərin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarışlar nəticəsində hər iki şəxsin meyiti tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

XXX

20:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən Trend-ə verilən xəbərə görə, hadisə yerinə Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Əlavə məlumat veriləcək.

XXX

19:09

Xəzərdə iki nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən xəbərə görə, "112" qaynar telefon xəttinə Abşeron rayonu, Novxanı kəndində, dənizdə (nəzarətsiz ərazi) 2 nəfərin batması barədə məlumat daxil olub.

Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti