Bakı. Trend:
Baş Prokurorluq Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin qarşısında özünü yandırması bağlı məlumat yayıb.
Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, avqustun 18-də, saat 11 radələrində 1989-cu il təvəllüdlü Təbriz Abdullayevin Samux Rayon İcra Hakimiyyətinin inzibati binasının önündə özünü yandıraraq intihara cəhd etməsi faktı ilə bağlı Samux rayon prokurorluğunda araşdırma aparılır.