...

Samuxda qanunsuz ov edən şəxslər saxlanılıb

Hadisə Materials 26 Avqust 2022 20:58 (UTC +04:00)

Bakı. Trend:

Samux Rayon Polis Şöbəsinin və 10saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində Gəncə şəhər sakini Telman Rəhimovun “Ata arms”, Goranboy rayon sakini Elgün Ələsgərovun “adler-arms” və Goranboy rayon sakini Famil Hacıyevin “Huğlu” markalı ov tüfəngləri ilə müvafiq icazələri olmadan Samux rayonunda qanunla qadağan olunmuş ərazisində ov etmələri müəyyən edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada saxlanılaraq RPŞ-yə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 272-ci (Balıq və digər su bioresurslarının mühafizəsi və ov qaydalarının pozulması) maddəsi ilə protokol tərtib edilərək baxılması üçün aidiyyəti orqana göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti