...

Türkiyədə turist avtobusu qəzaya uğrayıb

Hadisə Materials 28 Avqust 2022 11:39 (UTC +04:00)
Türkiyədə turist avtobusu qəzaya uğrayıb

Bakı. Trend:

Bazar günü Türkiyənin qərbində magistral yollardan birində turist avtobusunun qəzaya uğraması nəticəsində azı iki nəfər ölüb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında Bursa vilayətinin İnegöl-Domaniç avtomobil yolunda baş verib.

47 turistin olduğu avtobus dərəyə aşıb.

Nəticədə 2 nəfər ölüb, 28 nəfər yaralanıb.

Yaralılar arasında vəziyyəti ağır olanlar var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti