Bakı. Trend:
Dekabrın 6-da Gəncə seysmoloji stansiyasından 33 kilometr şimal-şərqdə - Samux rayonunda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə bildirilib ki, yerli vaxtla saat 20:13-də qeydə alınan zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.
Maqnitudası 3.1-ə bərabər olan zəlzələ hiss edilməyib.