Bakı. Trend:
Sumqaytıda şəhidin şəkli olan lövhə oğurlanıb.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə noyabrın 29-na keçən gecə Sumqayıt şəhəri 1-ci mikrorayondakı binaların birinin qarşısında baş verib. Həmin ərazidə şəhid şəkli olan lövhənin qeyri-aşkar şəraitdə sökülərək oğurlanması barədə polisə məlumat daxil olub.
Sumqayıt ŞPİ 4-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Emin Abdullayev və Abşeron rayon sakini Rövşən Qasımov müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.