...

Bakıdakı yaşayış binasında partlayışın səbəbi məlum oldu, FHN əməliyyat görüntülərini yaydı (FOTO/VİDEO)

Hadisə Materials 2 Yanvar 2023 17:19 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyi (FHN) Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayışın baş vermə səbəbini açıqlayıb.

Nazirlikdən Trend-ə bildirilib ki, ilkin məlumata əsasən, 18 mərtəbəli yaşayış binasının onsəkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib.

Nəticədə, ilkin məlumata görə, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Hazırda FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülür.

Fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev hadisə yerindədir.

Partlayış baş verən əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları da cəlb edilib və hərəkətin tənzimlənməsini həyata keçirirlər. Qısa müddət ərzində hərəkətin tam bərpa ediləcəyi bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti