...

Bakıda bir mənzildə 4 nəfərin ölməsinin ilkin səbəbi açıqlandı

Hadisə Materials 6 Yanvar 2023 17:06 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Prokurorluq Bakıda bir mənzildən aşkarlanan 4 meyitin ölüm səbəbini açıqlayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə bildirilib ki, Nərimanov rayonu ərazisində yerləşən mənzillərin birində 4 nəfər şəxsin meyitinin aşkar olunması faktı ilə bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Araşdırma zamanı vəfat edən şəxslərin 1990-cı il təvəllüdlü Kənan Nəzərov, 1991-ci il təvəllüdlü Pərvin Səfərli, 2004-cü il təvəllüdlü Kamran Allahverdiyev və 2006-cı il təvəllüdlü Kənan Salayev olması müəyyən edilmişdir.

İlkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Xəbər lenti

Xəbər lenti