...

Son 2 gündə yol qəzalarında 21 nəfər xəsarət alıb, 3 nəfər ölüb - BDYPİ

Hadisə Materials 10 Yanvar 2023 10:22 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) ölkə ərazisində qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri barədə məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyev Trend-ə bildirib ki, mövcud hava şəraiti ilə əlaqədar olaraq, qar yağması və buzlaşma səbəbindən respublika yollarında ölüm və xəsarətlə nəticələnən ümumilikdə 11 yol-nəqliyyat hadisəsi baş verib: "Nəticədə 21 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, təssüflər olsun ki, qeydə alınan qəzalarda 3 nəfər də həyatını itirib.

Bir daha bütün sürücülərdən xahiş edirik ki, mövcud hava və yol şəraitini düzgün qiymətləndirsinlər. Nasaz nəqliyyat vasitələri ilə ( xüsusən əyləc sistemi və şinlərə nəzarət edilsin) yola çıxmasınlar. Yollarda sürət həddini minimuma endirsinlər və zərurət olmadığı müddətcə şəxsi nəqliyyat vasitələrindən istifadə etməsinlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti