...

Evdə avtomat və narkotik saxlayan şəxslər tutulub (FOTO)

Hadisə Materials 13 Yanvar 2023 10:17 (UTC +04:00)
Evdə avtomat və narkotik saxlayan şəxslər tutulub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini İlqar Mirzəyev saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilərkən “Kalaşnikov” avtomatı, həmin silaha məxsus iki ədəd daraq, eləcə də 58 patron aşkar edilərək götürülüb. İlqar Mirzəyev ifadəsində avtomatı bir müddət əvvəl tapdığını və polis orqanlarına təhvil verməyərək özündə saxladığını bildirib.

Şöbə əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində keçirilən əməliyyat nəticəsində isə keçmiş məhkum Elçin Abbasov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə Elçin Abbasovun Ağsu şəhəri ərazisində yerləşən evinə də baxış keçirilib. Oradan məişət əşyalarının içərisində gizlətdiyi 3 kiloqram 300 qrama yaxın qurudulmuş marixuana və 43 qram tiryək aşkar edilib.

Müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması,daşınması və satılması hallarının qarşısının alınması məqsədilə polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı isə rayon sakinləri-Əli Heybətov və Ələddin Ağayevdən qanunsuz olaraq saxladıqları iki ov tüfəngi, eləcə də patronlar götürülüb.
Faktlarla bağlı araşdırmalar aparılır, saxlanılan şəxslərin digər hüquqazidd əməllərdə iştiraklarının olub-olmaması araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti