...

İsmayıllı sakinindən qanunsuz saxladığı tüfəng götürülüb

Hadisə Materials 19 Yanvar 2023 19:04 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sumağallı kənd sakini Bədrəddin Nuralıyevdən müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti