Bakı. Trend:
Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 1 014 nəfərə çatıb.
Trend Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Qeyd edilib ki, son məlumatlara əsasən, 7 003 yaralı, 2 824 dağılan bina var.
Xatırladaq ki, bu gün Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Son məlumatlara görə, zəlzələ nəticəsində 1014 nəfər həyatını itirib, 7 003 nəfər yaralanıb, 2 824 bina dağılıb.