Bakı. Trend:
Bakıda keçirilən əməliyyat zamanı heroin alverçiləri və silahlı şəxs yaxalanıb.
Daxili İşlər nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Balaxanı, Sabunçu və Ramana qəsəbələrində narkotik vasitələrin satışı ilə məşqul olan və üzərində qanunsuz olaraq silah-sursat saxlayan şəxslərə qarşı əməliyyatlar keçirilib.
Əməliyyatlar zamanı Azər Abbasov, Dadaş Dadaşov, Eldəniz Qəhrəmanov və Ramiz Təhməzov 5 kiloqrama yaxın heroinlə saxlanılıblar. Araşdırmalar zamanı onların sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik alverçiləri ilə əlbir olduqları müəyyən edilib.
Şöbə əməkdaşlarının həyata keçirdikləri digər əməliyyat zamanı
Sahib Mehdiyevdə odlu silah olması və satmaq istəməsi barədə
məlumat daxil olub. Keçirilən tədbir nəticəsində həmin şəxs qısa
zamanda tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Kalaşnikov”
markalı avtomat, 4 ədəd patron və həmin silaha məxsus daraq aşkar
edilib.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyatlar zamanı
Sabunçu rayonunda 10-a yaxın evdən oğurluq edən Babək Məmmədov və
Telman Əliyev də saxlanılıb. Bu şəxslərin mənzillərdən
təmir-tikinti və məişət əşyaları oğurladıqları müəyyən edilib.
Faktlarla bağlı 12-ci Polis Şöbəsində toplanmış materiallar
aidiyyəti üzrə Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə
göndərilib, araşdırmalar davam etdirilir.