...

Xətai rayonunda mənzil yanıb (VİDEO)

Hadisə Materials 27 Fevral 2023 19:42 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhərinin Xətai rayonunda üçmərtəbəli taxta konstruksiyalardan ibarət yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 65 kv.m olan 2 otaqlı mənzilin bir otağında ev əşyaları 4 kv.m sahədə və tavan 6 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, mənzilin böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti