...

Bulvarda batma təhlükəsində olan şəxs xilas edilib (VİDEO)

Hadisə Materials 10 Mart 2023 14:16 (UTC +04:00)
Bulvarda batma təhlükəsində olan şəxs xilas edilib (VİDEO)

Bakı. Trend:

Bakıda bulvarda batma təhlükəsində olan şəxs xilas edilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində vətəndaş dalğıclar tərəfindən xilas edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti