...

Tovuzda 1 nəfər tüstüdən zəhərlənib

Hadisə Materials 13 Mart 2023 19:28 (UTC +04:00)
Tovuzda 1 nəfər tüstüdən zəhərlənib

Bakı. Trend:

Tovuz rayonunun Düz Qırıqlı kəndində ümumi sahəsi 70 m² olan talvarın yanar konstruksiyası 30 m² sahədə və altına yığılan 1 ton ot bağlamasının 600 kiloqramı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib. Talvarın və ot bağlamalarının qalan hissəsi yanğından muhafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti