...

Bakıda ağır yol qəzası olub (FOTO)

Hadisə Materials 14 Mart 2023 18:46 (UTC +04:00)
Bakıda ağır yol qəzası olub (FOTO)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda ağır yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Kənar Dairəvi yolun Yasamal rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 90-OG-399 dövlət nömrə nişanlı "Toyota Land Cruzer" markalı avtomobil eyni istiqamətdə hərəkətdə olan 90-NG-385 dövlət nömrə nişanlı "Hyundai-Sonata" markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində ölən və yaralananlar barədə məlumat yoxdur.

Baş vermiş qəzaya görə Kənar Dairəvi yol bağlanıb, kilometrlərlə tıxac yaranıb.
Hadisə yerinə yol polisləri cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti