Bakı. Trend:
Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Trend xəbər verir ki, hadisə rayonun Saatlı kəndində qeydə alınıb. Qəza zamanı Saatlı kəndi istiqamətində hərəkət edən "VAZ-21099" markalı avtomobillə əks istiqamətdə hərəkət edən "VAZ-21011" markalı avtomobil toqquşub.
Şahidlərin bildirdiyinə görə, qəza zamanı "VAZ-21011" markalı avtomobilin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Qəzaya yüksək sürətin səbəb olduğu deyilir.
Hər iki avtomobildə olan sərnişinlər ağır bədən xəsarətləri ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda qəzanın səbəbləri, ölən və yaralıların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.