...

İtkin düşən 13 yaşlı qız mənim övladım deyil - Şöbə müdiri yayılan məlumatları təkzib etdi

Hadisə Materials 22 May 2023 13:09 (UTC +04:00)
İtkin düşən 13 yaşlı qız mənim övladım deyil - Şöbə müdiri yayılan məlumatları təkzib etdi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Tovuzda itkin düşən 13 yaşlı Əfsanə Tağıyevanın vəzifəli şəxsin qızı olması barədə məlumat yayılıb. Məlumatda bildirilir ki, guya Ə.Tağıyeva Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyevin qızıdır və onun evdən qaçıb.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz rayon şöbəsinin müdiri Rasim Tağıyev məlumatı təkzib edib. O bildirib ki, məlumat tam yanlışdır və maraqlı şəxslər onun nüfuzuna xələl gətirmək üçün bu addımı atır: "Mənim qızımın adı Tağıyeva Ləman Rasim qızıdı və onun 9 yaşı var. Qızım da itkin düşməyib. İtkin düşən qız isə 13 yaşlı Tağıyeva Əfsanə Mətləb qızıdır, həmkəndlimizdir. Sadəcə kəndçimizdir. Bəzi şəxslər mənə qarşı kompaniya aparmaq üçün belə bir məlumat yayır".

Qeyd edək ki, Tovuz rayon Aşağı Quşçu kənd sakini, 2010-cu il təvəllüdlü Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Həmin şəxsin əlamətləri belədir: Boyu 155 sm, gözlərinin rəngi qara, qara və qısa saçlara malikdir, orta bədən quruluşludur. Evdən çıxarkən onun əynində göy rəngli cins şalvar, qırmızı rəngli qısaqol köynək və sarı rəngli ayaqqabı olub.

Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-315-00-94 şəhər və (070) 213-64-00 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti