...

Neftçalada ev yanıb

Hadisə Materials 26 İyun 2023 17:47 (UTC +04:00)
Neftçalada ev yanıb

Bakı. Trend:

Neftçalada ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Neftçala şəhərində ümumi sahəsi 96 kv.m olan kürsülü birmərtəbəli 4 otaqlı evin dam örtüyünün (qamış və taxta konstruksiyalardan ibarət) yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti