...

Ağcabədidə toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanaya yerləşdirilib (YENİLƏNİB)

Hadisə Materials 10 İyul 2023 10:23 (UTC +04:00)
Ağcabədidə toyda kütləvi zəhərlənmə - 34 nəfər xəstəxanaya yerləşdirilib (YENİLƏNİB)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Ağcabədi rayonunun Rəncbərlər kəndində ev şəraitində təşkil olunan məclisdə baş vermiş hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

Bu barədə Trend-ə AQTA-dan məlumat verilib.

İlkin araşdırma zamanı məlum olub ki, toy mərasimində məişət şəraitində hazırlanan məhsullar istehlakçılara təqdim olunub.

"Araşdırmalar davam edir, nəticələr barədə ətraflı məlumat veriləcəkdir", - məlumatda qeyd edilib.

xxx

09:36

Ağcabədidə toy mərasimində 34 nəfər zəhərlənib.

Trend-in məlumatına görə, hadisə ötən gün qeydə alınıb.

Belə ki, Ağcabədidə toy mərasimində iştirak edən 34 nəfər zəhərlənmə diaqnozu ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Zəhərlənənlərdən 33 nəfərə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. bir nəfərin müalicəsi isə davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti