...

Astarada kəl sahibini vurub öldürdü

Hadisə Materials 19 İyul 2023 14:30 (UTC +04:00)

Bakı. Trend:

Astarada iribuynuzlu heyvanın hücumuna məruz qalan şəxs ölüb.

Trend-in məlumatına görə, hadisə gecə saatlarında rayonun Maşxan kəndində olub.

1972-ci il təvəllüdlü kənd sakini Elşən İbadova həyətində hücum edən heyvan onu ayaqlarının altında əzib. E.İbadovu Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Astara rayon prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti