...

Bakıda yanan ev södürüldü (YENİLƏNİB)

Hadisə Materials 21 İyul 2023 19:45 (UTC +04:00)

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində yerləşən fərdi evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

18:52

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Balababa Məcidov küçəsində fərdi evdə yanğın olması barədə ilkin məlumat daxil olub.

Trend FHN-ə istinadla xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

18:42

Bakıda ev yanır.

Trend xəbər verir ki, Yasamal rayonu ərazisindəki yaşayış evində yanğın baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib.

Xəbər lenti

Xəbər lenti