...

ABŞ-da təyyarə qəzaya uğrayıb, pilot və iki sərnişin ölüb

Hadisə Materials 31 İyul 2023 05:21 (UTC +04:00)
ABŞ-da təyyarə qəzaya uğrayıb, pilot və iki sərnişin ölüb

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot və iki sərnişin həlak olub.

Trend-in məlumatına görə, bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, təyyarə havaya qalxarkən anqara çırpılıb və alovlanıb. Yanğınsöndürənlər yanğını söndürüb və 3 nəfərin ölümü qeydə alınıb.

Hadisənin səbəbləri müəyyənləşdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti